“AzerGold” QSC 2023-cü ilin yanvar-sentyabr aylarında 38,341 min unsiya qızıl hasil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 10% azdır. Bu barədə “AzerGold”un məlumatında deyilir.
Hesabat dövründə 89,437 min unsiya gümüş (azalma 36%) hasil edilib.
2023-cü ilin yanvar-sentyabr aylarında “AzerGold” 36,384 min unsiya qızıl (azalma 7%) və 77,355 min unsiya gümüş (azalma 34%) hasil edib.
Cəmiyyətin məlumatına görə, hesabat dövründə “AzerGold”un qiymətli metalların ixracından ümumi gəliri 122 milyon 252,743 min manat (azalma 2%), o cümlədən qızıl ixracından 119 milyon 129,023 min manat (azalma 1%), gümüş ixracından 3 milyon 123,72 min manat (azalma 27%) təşkil edib.
Qızıl hasilatçısı qeyd edir ki, cari ilin ilk 9 ayı üzrə hasilat və ixrac göstəricilərində ötən illə müqayisədə müşahidə edilən nisbi azalma “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə filizləşmə xüsusiyyətləri ilə bağlıdır və “geoloji reallığı əks etdirir”.
“Belə ki, hazırdaqızıl mədənində oksid fazasından mürəkkəbliyi ilə seçilən sulfid qatına keçid mərhələsində daha aşağı zənginlikdə olan filizlərin hasilatı aparılır.Bununla belə, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub”, - məlumatda deyilir.
“AzerGold”un məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən daxili bazarda 4,316 min unsiya qızıl (artım 80%) və 23,653 min unsiya gümüş (artım 3,1 dəfə) satılıb. “AzerGold” daxili bazarda qızıl və gümüş satışından 15 milyon 825,138 min manat (artım 88%), o cümlədən qızıl satışından 14 milyon 836,18 min manat (artım 84%), gümüş satışından 988,958 min manat gəlir (artım 3,1 dəfə) əldə edib.
Beləliklə, 2023-cü ilin 9 ayı ərzində beynəlxalq və daxili bazarlarda qızıl və gümüş satışından “AzerGold” QSC-nin ümumi gəlirləri 138 milyon 77,882 min manat (cari məzənnə ilə $81,2 milyon) təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 4% artıb. Həmçinin, qızıl satışı 133 milyon 965,203 min manat (artım 4%), gümüş satışı – 4 milyon 112,679 min manat (azalma 11%) təşkil edib.
Qızıl hasilatçısı məlumat verib ki, sentyabr ayında 13.3 min unsiya qızıl və 15.8 min unsiya gümüş ixrac olunub. Bu ixrac əməliyyatları nəticəsində “AzerGold”un fəaliyyət dövrü üçün aylıq rekord məbləğdə - 43 milyon 210 min manat vəsait cəlb edib.
“1 oktyabr 2023-cü il tarixinə QSC tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə etdiyi ümumi gəlir 1 milyard 93 milyon 794 min manata çatıb. Vəsaitin 1 milyard 49 milyon 249 min manatını ixrac gəlirləri, 44 milyon 544 min manatını isə daxili bazar satışlarından əldə edilən gəlirlər formalaşdırır”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, hazırda “AzerGold” yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından, birinci işlənmə mərhələsi çərçivəsində “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən), “Mərəh” yatağından (2021-ci il iyulun 23-dən) və “Tülallar” yatağından (2023-cü ilin fevral ayından) qızıl hasilatı və ixracı həyata keçirir.
2022-ci ildə “AzerGold” 62,1 min unsiya qızıl (artım 0,9%) və 223,1 min unsiya gümüş (artım 65,9%) hasil edib. 2023-cü ildə şirkət 62,5 min unsiya qızıl (artım 4,4%) və 108,3 min unsiya gümüş (azalma 51%) hasil etməyi planlaşdırır.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. “AzerGold” Azərbaycanda qızıl və gümüş hasilatı ilə məşğul olan iki şirkətdən biridir.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət