2023-cü ilin sentyabr ayında Azərbaycanda inflyasiya avqust ayında qeydə alınmış 0,4% səviyyəsində deflyasiyaya qarşı 0,3% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Sentyabrda respublikada inflyasiya 0,3% təşkil edib. Ərzaq məhsulları, içkilərin qiymətləri 0,6% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,1% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri dəyişmıyib”, - Komitədən bildirilir.
2022-ci ilin sentyabr ayı ilə müqayisədə 2023-ci ilin sentyabr ayında inflyasiya 5,1% təşkil edib. Sentyabr ayında ayında ərzaq malları ötən ilin eyni dövrü ilə müqayisədə 4,5%, qeyri-ərzaq malları – 5,9%, xidmətlər – 5,4% bahalaşıb.
Statistik məlumatlara görə, sentyabrda ət və ət məhsulları 0,3%, balıq və balıq məhsulları – 0,7%, yumurta 1,3%, meyvələr 0,2%, tərəvəz 5,9%, tütün məmulatları 0,2% bahalaşılb.
Sentyabrda çörək və çörək məmulatları, yarmalar 0,8%, kərə və bitki yağı – 1,1%, mürəbbə, bal, şokolad və konfetlər – 0,9%, çay, kofe və kakako – 0,3%, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,2%, spirtli içkilər – 0,4% ucuzlaşıb.
Hesabat ayında süd və süd məhsullarının qiyməti dəyişməyib.
Statistik məlumatlara əsasən, sentyabrın sonuna orta illik inflyasiya avqustun sonuna 11,7%-ə qarşı 10,9%-dək azalıb. Həmçinin, ərzaq mallarına qiymətlərin orta illik artımı 12,4%, qeyri-ərzaq mallarına – 10,1%, xidmətlərə - 9,6% təşkil edib.
İqtisadiyyat Nazirliyinin yenilənmiş proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 10,4% təşkil edəcək.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət