2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsi ilə məşğul olan neft-qaz şirkətləri PSA müqavilələri çərçivəsində dövlət büdcəsinə 3 milyard 901,7 milyon manat məbləğində mənfəət vergisi ödəyiblər.
“İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən verilən məlumata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında “Şahdəniz” layihəsinin iştirakçıları 3 milyard 377,9 milyon manat, AÇG layihəsinin iştirakçıları – 523,8 milyon manat mənfəət vergisi ödəyiblər.
Azərbaycan hökuməti 2023-cü ildə “Şahdəniz” və ABƏŞ səhmdarlarından 4 milyard 2 milyon manat (cari məzənnə ilə $2 milyard 354,1 milyon) məbləğində mənfəət vergisi, “Şahdəniz” qaz yatağının işlənməsi layihəsinin səhmdarları tərəfindən dövlət büdcəsinə 3 milyard 235 milyon manat, AÇG layihəsinin iştirakçılarından – 767 milyon manat məbləğində mənfəət vergisinin ödəniləcəyini gözləyir.
Bu proqnozlar neftin orta qiymətinin bir barrel üçün 60 dollardan hesablanıb, vergilər isə faktiki neft və qaz qiymətlərindən ödənilir.
2022-ci ildə “Şahdəniz” və AÇG layihələrinin iştirakçıları dövlət büdcəsinə 5 milyard 393,904 milyon manat mənfəət vergisi ödəyib ki, bu da 2021-ci ilin göstəricisindən 5,2 dəfə çoxdur. “Şahdəniz” layihəsinin iştirakçıları mənfəət vergisi ödənişinə ilk dəfə 2022-ci ildə başlayıb.
Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarında mənfəət vergisi ödəyir.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), (14,35%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (21,02%).
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət