Çərşənbə axşamı elektrik enerjisi, neft-qaz, neft-kimya və bərpa olunan enerji sahələrində əməkdaşlığın inkişafı və enerji layihələrinə investisiyanın təşviqi məqsədilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu” imzalanıb.
“Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov Çinin Milli Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşüb. Görüşdə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində və ikitərəfli formatda iki ölkə arasında münasibətlərin inkişafına dair müzakirələr aparılıb”, - Azərbaycan Energetika Nazirliyindən məlumat verilir.
Məlumata görə, görüş zamanı Bakı və Pekin arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.
“Çinə SOCAR tərəfindən Azərbaycan və digər mənşəli xam neft, neft məhsulları, neft-kimya məhsullarının, eləcə də mayeləşdirilmiş qazın (LNG) təchizatı, ölkəmizin apstrim, daunstrim layihələrində və elekroenergetika sektorunda Çin şirkətlərinin iştirakı uğurlu enerji əməkdaşlığının nümunələri kimi qeyd edilib”, - məlumatda deyilir.
Enerji sahəsində Çin şirkətləri ilə uzunillik əlaqələrin “yaşıl enerji” layihələri və “yaşıl texnologiyas”lar üzrə əməkdaşlıqla yeni inkişaf mərhələsinə daxil olduğu bildirilib. Bu xüsusda, 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında “Dongfang” şirkətinin iştirakından, “China Gezhouba Group Overseas Investment” şirkəti ilə Azərbaycanda 2 QVt gücündə bərpa olunan enerji layihələri üzrə əməkdaşlıqdan bəhs edilib.
“O cümlədən, “SOCAR Trading” şirkətinin (SOCAR-ln ticarət törəməsi) Çin bazarında fəaliyyətini genişləndirmək perspektivləri ilə bağlı müzakirələr aparılıb”, - Energetika Nazirliyindən bildirilir.
Görüşün yekunlarına dair “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu” imzalanıb. Memorandum elektrik enerjisi, neft-qaz, neft-kimya və bərpa olunan enerji sahələrində əməkdaşlığın inkişafı və enerji layihələrinə investisiyanın təşviqinə yönəlib.
“Bu sənəd hər iki ölkənin energetika sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsini, yeni texnologiyaların tətbiqi, enerji infrastrukturunun yenilənməsi üzrə əməkdaşlığı, qarşılıqlı investisiya və biznes fəaliyyətlərinin təşviqini, bərpa olunan enerji mənbələri sahəsində təcrübə mübadiləsini, həmçinin birgə konfrans, forum və təlimlərin keçirilməsini nəzərdə tutur”, - nazirlik dəqiqləşdirib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət