Dövlət Turizm Agentliyi (DTA) Şəki şəhəri “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində tikinti və yenidənqurma işlərinin (2-ci mərhələ) həyata keçirilməsinə əlavə olaraq 1 milyon 309,805 min manat yönəldəcək.
“İnterfas-Azərbaycan” məlumat verir ki, bu işlər “İsmayıllı Tikinti-27” ASC tərəfindən həyata keçirilir.
Daha əvvəl, cari ilin avqust ayında DTA ilə “İsmayıllı Tikinti-27” ASC arasında qoruğun ərazisində tikinti və yenidənqurma işlərinin (2-ci mərhələ) həyata keçirilməsinə dair 1 milyon 209,634 min manat dəyərində müqavilə imzalandığı barədə məlumat verilib.
Həmçinin, “İsmayıllı Tikinti-27” “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində tikinti və yenidənqurma işlərinin I mərhələsini həyata keçirib (1 milyon 829,315 min manatəyərində müqavilə).
Yuxarı Baş – Şəki şəhərinin yuxarı hissəsində tarix-memarlıq qoruğudur. Bura Şəki şəhərinin ən qədim hissəsidir. Qoruq ərazisinə Şəki Xan Sarayının da yerləşdiyi Nuxa qalası və karvansarayların və müxtəlif sənət növlərinə aid dükanların yerləşdiyi əsas alış-veriş küçəsi daxildir. Alış-veriş küçəsinin ətrafında hələ də öz qədim adlarını daşıyan məhəllələr yerləşir: Gileyli, Qırıçı, Qullar, Duluzlar, Aqvanlar, Otaq eşiyi, Sarı torpaq və s. Qoruq ərazisində, həmçinin Şəkixanovların evi, məscidlər və hamamlar yerləşir. Qoruğun ərazisi 283 hektardır.
Yuxarı Baş 6 mart 1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə memarlıq qoruğu elan edilib. 2019-cu il iyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət