Azərbaycan hökuməti 2024-2027-ci illərdə Qarabağ və Şərqi Zəngəzurda tikinti, bərpa və yenidənqurma layihələrinin həyata keçirilməsinə dövlət büdcəsindən 13 milyard 682 milyon manat (cari məzənnə ilə $9,8 milyard) ayırmağı planlaşdırır.
“2024-2027-ci illərdə azad edilmiş ərazilərdə layihələrin həyata keçirilməsinə dövlət büdcəsindən 13 milyard 682 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Bütövlükdə, növbəti 4 ildə dövlət büdcəsinin əsaslı xərclərinin 29,4%-nin bu məqsədlərə yönəldilməsi nəzərdə tutulur”, - deyə Maliyyə Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2022-2026-cı illər üzrə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının birinci mərhələsinin həyata keçirilməsi üçün 30,5 milyard manat (cari məzənnə ilə $17,9 milyard) məbləğində vəsaitə ehtiyac olduğunu bildirib.
Hökumət 2020-2022-ci illərdə Qarabağ və Şərqi Zəngəzurda bərpa layihələrinə dövlət büdcəsindən 6,6 milyard manat (təqribən $3,9 milyard) ayırıb. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlər üçün 5,3 milyard manat ($3,1 milyard) nəzərdə tutulub.
Prezident İlham Əliyev 2022-ci il noyabrın 16-da “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.
2027-ci ilədək Qarabağ və Şərqi Zəngəzura 34 min 500 ailənin köçürülməsi planlaşdırılır, onlar üçün mənzil və fərdi yaşayış evləri inşa olunacaq.
Bu müddətə qədər Qarabağ və Şərqi Zəngəzurda hərbi infrastruktur gücləndiriləcək, enerji, nəqliyyat, idman, sosial və digər infrastrukturlar inşa olunacaq.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət