Azərbaycan prezidenti İlham Əliyev 25 oktyabr – Respublika Günü münasibətiləQazaxıstan prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.
“Qazaxıstan sürətlə inkişaf edən, gündən-günə müasirləşən və güclənən dövlətdir. Sizin qətiyyətli rəhbərliyiniz altında aparılan əhəmiyyətli islahatlar ölkənizin sosial-iqtisadi yüksəlişini, beynəlxalq aləmdə nüfuz qazanmasını təmin etmişdir”, - Azərbaycan liderinin saytında dərc olunmuş Əliyevin təbrikdə deyilir.
O vurğulayıb ki, Bakı “dərin tarixi kökləri olan, qardaşlıq və qarşılıqlı etimad üzərində qurulmuş və bu gün yeni məzmun kəsb edən Azərbaycan-Qazaxıstan münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir”. “Çoxşaxəli əlaqələrimiz, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə səmərəli qarşılıqlı fəaliyyətimiz dövlətlərarası münasibətlərimizi səciyyələndirən əsas cəhətlərdəndir. Daim genişlənən siyasi dialoq ilə yanaşı iqtisadiyyat, nəqliyyat, logistika, infrastruktur, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşməsi tərəfdaşlığımızın yüksək səviyyəsindən və dinamik inkişafından xəbər verir”, - prezident qeyd edib.
Azərbaycan prezidenti əmindir ki, mövcud imkanlardan yararlanaraq birgə səylərlə Bakı və Astana arasında müstəsna xarakter daşıyan əlaqələrin möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacaq. **
R.Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət