SOCAR Türkmənistanda ofis açmağı planlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyi “Turkmenportal”a istinadən xəbər verir ki, bunu şirkətin prezidenti Rövşən Nəcəf bu gün “Türkmənistanın nefti və qazı – 2023” beynəlxalq konfransında çıxışı zamanı deyib.
“Artıq uzun illərdir ki, SOCAR Türkmənistan şirkətləri, xüsusilə də əsas tərəfdaşlarımız olan “Türkmənqaz” və “Türkmənneft”lə qarşılıqlı faydalı işgüzar münasibətlər saxlayır və inkişaf etdirir. Türkmənistanlı həmkarlarımızın dəstəyi və konstruktiv yanaşması sayəsində biz mühüm layihələr həyata keçirməyə, eləcə də birgə fəaliyyətlə bağlı gələcək addımları müəyyənləşdirməyə nail olmuşuq”, - deyə Nəcəf bildirib.
O, həmçinin qeyd edib ki, Aşqabadda SOCAR-ın ofisinin açılması şirkətə mövcud layihələrin müsbət inkişafına və türkmənistanlı tərəfdaşlarla yeni birgə layihələrin yaradılmasına daha çox təsir göstərməyə imkan verəcək.
Bu gün SOCAR Türkmənistanda bir sıra layihələrin həyata keçirilməsində, o cümlədən “Dostluq” yatağının işlənməsində, Türkmənistan neftinin Azərbaycan ərazisi ilə beynəlxalq bazarlara nəqlində iştirak edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət