İsrailin Müdafiə Ordusunun (İMO) əməliyyatının üçüncü mərhələsi - Qəzza zolağında quru əməliyyatlari mühüm səylər tələb edəcək, hərbi əməliyyatlar sadə olmayacaq. Bu barədə İsrailin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tsaxi Xaneqbi bəyan edib.
“O deyib ki, əməliyyatın birinci mərhələsi – HƏMAS-ın hücumlarının dayandırılması, İsrailin cənubunun terrorçulardan təmizlənməsi – başa çatıb. Həmçinin, ikinci mərhələ - yüksək dəqiqli və güclü zərbələr sona çatıb (...). Hazırki üçüncü mərhələ - Qəzza zolağının şimal hissəsində quru əməliyyatıdır”, - “The Times of Israel” nəşri məlumat verir.
"Bu mürəkkəb kampaniyadır və intensiv döyüşlər tələb edir. Heç bir döyüş qurbansız olmur", - müşavir qeyd edib.
O, quru əməliyyatın girovların azad edilməsinə imkan verəcəyinə ümid etdiyini bildirdi. Eyni zamanda, Xaneqbi izah edib ki, onların sülh yolu ilə azad edilməsi ilə bağlı razılaşma perspektivi görünmür.
O, həmçinin Misirin fələstinlilərin sərhəddən mümkün axını ilə əlaqədar qorxularını başa düşdüyünü söyləyib. Bununla yanaşı, o, Misirin yaralıları Rəfahdakı xəstəxanada və sərhəd yaxınlığındakı sahə xəstəxanalarında müalicə etməsini arzulayıb.
Xaneqbi vurğulayıb ki, «hadisə yerində təsadüfən olan dinc sakinlər və qatillər arasında fərq qoymaq, mülki əhalini Qəzza zolağının şimalından cənubdakı təhlükəsiz yerlərə getməyə inandırmaq», xarici humanitar xidmətlərə yemək, su və dərmanların zolağa çatdırılmasına imkan yaratmaq lazımdır.
Öz növbəsində, İsrailin müdafiə naziri Yoav Gallant «Palmaxim» Hərbi Hava Qüvvələri bazasına baş çəkərkən qeyd edib ki, İMO Qəzza zolağında əhəmiyyətli miqyasda və dərinlikdə fəaliyyət göstərir, ciddi uğurlar əldə edib, lakin eyni zamanda, «son günlərdə bu ona çox baha başa gəlib». **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət