Ermənistan-Rusiya münasibətlərində müəyyən problemlər var, ancaq İrəvan bu problemlərin dostluq mühitində həllinə sadiqdir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Rusiya ilə münasibətlərdə müəyyən problemlər var. Nələrsə bizi qane etmir, Rusiyanın münasibəti də eynidir. Biz əminik ki, rusiyalı tərəfdaşlarımızın təəccübünə səbəb müxtəlif KİV-lərdə gördüyümüz siyasətin nəticəsidir”, - deyə o, bu gün parlamentdə çıxışı zamanı bildirib.
XİN başçısının sözlərinə görə, İrəvanın “problemləri konstruktiv mühitdə müzakirə və həll etmək, dostcasına irəliləməkdən başqa mövqeyi yoxdur”.
“Bu, bizim mövqeyimizdir və bu istiqamətdə işləyirik. Lakin bu, təkcə bir tərəfdən asılı deyil”, - deyə Mirzoyan qeyd edib.
Erməni nazir, həmçinin İrəvanın Aİ və ABŞ-la da münasibətləri möhkəmləndirməyə davam edəcəyini vurğulayıb.
“Aİ-nin mülki monitorinq missiyasının Ermənistanın sərhəd təhlükəsizliyinin təmin edilməsində rolunu xüsusi vurğulamaq istəyirəm. Biz Aİ ilə yeni əməkdaşlıq sahələri açırıq, məsələn, siyasi və təhlükəsizlik sahəsində dialoq. ABŞ-la da münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik”, - deyə Mirzoyan əlavə edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət