Azərbaycan hökuməti 2023-cü ildə vergi və gömrük ödənişləri üzrə büdcə güzəştlərini 8 milyard 80 milyon manat məbləğində proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu qiymətləndirmə Hesablama Palatasının 2024-cü il dövlət büdcəsinin layihəsinə dair rəyində öz əksini tapıb.
Hesablama Palatasının məlumatına görə, vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğ 2022-ci il üçün 7 milyard 630,8 milyon manat təşkil edib.
“2023-cü il üçün bu məbləğ 8 milyard 80 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 5,9% və ya 449,2 milyon manat çoxdur”, - deyə məlumatda bildirilir.
2024-cü il üçün vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğ 2023-cü ilin sonuna proqnozlaşdırılan göstərici ilə müqayisədə 282 milyon manat və ya 3,5% çox olmaqla 8 milyard 362 milyon manat məbləğində qiymətləndirilir.
Proqnozlara görə, 2023-cü ildə Azərbaycana mal idxalının ümumi məbləği $15 milyard 953 milyon (2022-ci illə müqayisədə +18,1%), 2024-cü ildə $15 milyard 999 milyon (2023-cü illə müqayisədə +0,3%) təşkil edəcək.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət