“GL” ASC noyabrın 7-də 600 min manat məbləğində istiqraz yerləşdirib.
Bakı Fond Birjasından (BFB) “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, hərraca 600 min manat məbləğində istiqraz çıxarılmışdı. Emissiya bir qiymətli kağızın nominal dəyəri 1000 manat olan 600 ədəd istiqraza bölünüb. Beləliklə, “GL” hərraca çıxarılmış istiqrazların bütün həcmini yerləşdirib.
“Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib. Hərracın yekunları üzrə istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 600 min manat təşkil edib”, - deyə BFB-dən bildirilib.
İstiqrazlar üzrə illik gəlirlilik 12%, faiz ödəniş dövrü 30 gündən bir, tədavül müddəti isə 5 ildir.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC olub.
Xəbər verildiyi kimi, “GL” ASC 6 tranşla 3 milyon 25 min manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır: 1-ci tranş - 700 min manat (müddət - 60 ay, illik gəlirlilik – 14%), 2-ci tranş - 1,3 milyon manat (müddət - 60 ay, gəlirlilik – 13%), 3-cü tranş – 425 min manat (müddət - 60 ay, gəlirlilik – 12%), 4-6-cı tranşlar – hər biri 200 min manat (müddət - 60 ay, gəlirlilik – 12%).
“GL” ASC oktyabrın 10-da keçirilən hərraca 425 min manat məbləğində istiqraz çıxarıb və 399 min manat cəlb edə bilib.
Oktyabrın 25-də şirkət 1,3 milyon manat məbləğində istiqrazın hərraca çıxarılması nəticəsində 1 milyon 156 min manat cəlb edib.
“GL” ASC noyabrın 3-də 700 min manat məbləğində istiqraz yerləşdirib və 660 min manat cəlb edib.
“GL” ASC 2016-cı ilin iyun ayında dövlət qeydiyyatına alınıb. Şirkətin səhmdarı bir fiziki şəxsdir. “GL” daşınar әşyaların girov qoyulması müqabilindә kreditlәrin verilmәsini hәyata keçirir. 2022-ci ilin sonuna ASC-nin aktivləri 40,6 milyon manat, kredit portfeli 34,3 milyon manat, öhdəlikləri 38,3 milyon manat məbləğində qiymətləndirilir. 2022-ci ildə şirkətin xalis mənfəəti 3,8 milyon manat təşkil edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət