Cümə axşamə Daşkənd şəhərində keçirilən Daşkənd Beynəlxalq Turizm Sərgisi (Tashkent International Tourism Fair 2023) çərçivəsində “Şahdağ” Turizm Mərkəzi ilə Avrasiya Dağ Kurortları Alyansı arasında əməkdaşlığa dair anlaşma memorandomu imzalanıb.
“İnterfaks-Azərbaycan”a Mərkəzin mətbuat xidmətindən məlumat verilib ki, sənədi Alyansın katibi Andrey Kukuşkin və “Şahdağ Turizm Mərkəzi” QSC-nin sədri Rüstəm Nəcəfov imzalayıblar.
“Memorandum dağ kurortları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, Alyansa üzv ölkələrdə turizm mərkəzlərinin təşviq edilməsinə, eləcə də kombo turların hazırlanmasına, idman yarışlarının keçirilməsinə və birgə təlimlərin təşkilinə imkan yaradacaq”, - Mərkəzdən vurğulanır.
Avrasiya Dağ Kurortları Alyansı cari ilin iyun ayında yaradılıb. Alyansa Rusiyanın “Roza Xutor”, Qazaxıstanın “Şımbulak” və Özbəkistanın “Əmirsoy” Dağ Kurortları daxildir.
«Şahdağ» kurortu Azərbaycanın ilk dağ kompleksidir. 2012-ci ildə yaradılıb. Bu günədək kurortda 30 kilometr yol yaradılıb, müxtəlif səviyyəli mehmanxanalarda 1200 yer fəaliyyət göstərir. 2023-ci ildə kurorta turist axını 200 min qonaq təşkil edib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət