“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosisasiyası bu marşrut ilə yükdaşımaların həcmini 300 min TEU konteynerə qədər artırmağı ümid edir. Bu barədə Assosiasiyanın baş katibi Qaydar Abdikerimov məlumat verib.
"Əfqanıstan, Özbəkistan, Mərkəzi Asiya ölkələrini Xəzər dənizinin limanlarına çıxışla birləşdirəcək Transxəzər dəmir yolu magistralı layihəsi bizim üçün çox böyük maraq kəsb edir. Bu, gələcəkdə bizə böyük əmtəə axını verə biləcək, həqiqətən böyük layihədir, çünki yolun başlanacağı bölgə də əsas əmtəə istehsalçısıdır", - Abdikerimov çərşənbə axşamı Bakıda SPECA İqtisadi Forumu çərçivəsində “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda çıxışı zamanı deyib.
Bundan əlavə, o qeyd edib ki, indiyədək TBNM-nin ötürmə qabiliyyəti 6 milyon ton yük və 80 min TEU konteyner təşkil edir. Həmçinin, bu gün marşrut 75% sərbəst gücə malikdir. Bununla əlaqədar, o, dəhlizdən istifadə üçün iqtisadi agentləri cəlb etməyə çağırıb.
«Biz yükdaşıma imkanlarımızı illik 300 min TEU konteynerə çatdırmaq hədəfinə yönəlmişik», - o vurğulayıb.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir. 2023-cü ildə TBNM ilə yük daşımalarının həcmi 2022-ci ilin göstəricisi ilə müqayisədə 17,6% - 2 milyon tonadək arta bilər. 2025-ci ilədək marşrutun ötürmə qabiliyyətinin illik 10 milyon tona çatacağı gözlənilir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət