“ADY Express” MMC (“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin törəməsi) Azərbaycan ərazisindən keçən tranzit dəhlizlər vasitəsilə yük daşımalarının inkişafı və genişlənməsi çərçivəsində 10 min ton ilmenit qumu ilə ilk yükün Orta Dəhliz vasitəsilə daşınmasını həyata keçirib.
“ADY Express" bu yaxınlarda daha bir yeni yük növü olan ilmenit qumunun daşınmasında ilk addım atıb. Bu da şirkətin Azərbaycan ərazisindən keçən beynəlxalq marşrutlara yeni növ yüklər cəlb etməyə daimi hazırlığını vurğulayır”, - şirkətin məlumatında deyilir.
İlmenit qumu "ADY Express"in ilk dəfə Orta Dəhliz vasitəsilə daşıdığı unikal yük növüdür. “Ümumi daşınmanın həcmi 10 min ton olan yük 151 yarımvaqonda nəql edilib və təyinat yerinə çatdırılıb. Yük Syerra-Leonedən göndərilib, Gürcüstanın Poti limanında yükaşırma əməliyyatından sonra Azərbaycanın Ələt limanından keçərək Qazaxıstana göndərilib. Yük tam həcmdə artıq təyinat məntəqəsinə çatdırılıb”, - məlumatda vurğulanır.
“ADY Express»in rəyinə görə, bu yükün daşınması əməkdaşlığın inkişafı üçün yeni perspektivlər və tranzit daşımalar sahəsində əlavə imkanlar yaradır. Bu səbəbdən "ADY Express" Azərbaycanın tranzit dəhlizləri ilə ilmenit qumu və digər növ yüklərin daşınması sahəsində əməkdaşlığı bundan sonra da davam etdirməyi planlaşdırır”, - şirkət qeyd edir.
“ADY Express” xüsusi dəmir yolu vaqonları və sistern-konteynerlərdə turşu, qələvi, propilen, propan və butan, benzin, dizel yanacağı və diğər kimyəvi, qaz və neft-kimya məhsullarının nəql edilməsində öz xidmətlərini təklif edir.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət