Tacikistan prezidenti Emoməli Rəhmon 2024-cü ildə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır.
Azərbaycan liderinin saytında məlumat verilir ki, bu barədə Rəhmon cümə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə görüş zamanı məlumat verib.
“Düzgün qeyd etdiniz ki, son illər, xüsusən Sizin Düşənbəyə dövlət səfərinizdən sonra nazirliklərimiz və idarələrimiz çox fəal əməkdaşlığa başlayıblar. Çoxlu proqramlar işlənib hazırlanır, biz indi bu barədə danışırıq. Dəvətinizə görə sağ olun. Növbəti ildə olacaq səfərə hazırlaşırıq. Biz indi bunun üzərində işləyirik və müvafiq orqanlarımız qarşılıqlı fəaliyyət göstərir”, - Rəhmon deyib.
Öz növbəsində, Azərbaycan prezidenti qeyd edib ki, iki ölkə arasında münasibətlər uğurla inkişaf edir.
“Son vaxtlar biz sizinlə müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafını dəfələrlə müzakirə etmişik. Əminəm ki, sizin hazırkı səfəriniz də münasibətlərimizin möhkəmləndirilməsi nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Nümayəndə heyətlərimizin üzvləri artıq sıx təmasdadır, həm dünən görüşüblər, həm də bu gün davam edirlər. Çoxlu planlar, layihələr var”, - Əliyev deyib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət