Azərbaycan prezidenti İlham Əliyev cümə günü Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
“İnterfaks-Azərbaycan” Özbəkistan liderinin saytına istinadən məlumat verir ki, görüş zamanı Əliyev və Mirziyoyev ikitərəfli münasibətlərin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi məsələlərini, o cümlədən yüksək səviyyədə əldə olunan razılaşmaların icrasının gedişini müzakirə ediblər.
"Məmnuniyyətlə qeyd olunub ki, sistemli və məhsuldar təmaslar sayəsində Özbəkistan-Azərbaycan münasibətləri konkret məzmunla zənginləşərək keyfiyyətcə yeni səviyyəyə yüksəlib. İlin əvvəlindən ticarət dövriyyəsi 34% artıb. Maşınqayırma, elektrik texnikası, toxuculuq, enerji, kənd təsərrüfatı və ipəkçilik sahələrində kooperasiya layihələri həyata keçirilir. Nəqliyyat və logistika sahəsində perspektivli layihələrin hazırlanması həyata keçirilir", - məlumatda qeyd olunur.
O cümlədən, Əliyev və Mirziyoyev qarşılıqlı səmərəli əməkdaşlığın yeni istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıblar. Kimya, enerji, zərgərlik, maşınqayırma, tikinti sənayesi və digər sahələrdə perspektivli layihələrin irəli sürülməsi məsələləri müzakirə olunub.
Tərəflər mədəni-humanitar mübadilənin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
«Mirziyoyev Əliyevi onun üçün əlverişli vaxtda Özbəkistana rəsmi səfərə dəvət edib», -məlumatda vurğulanır. **
X.Nəsirzadə
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət