Türkiyə bu ilin sentyabr ayında ümumilikdə 3,292 milyard kubmetr təbii qaz (boru kəməri ilə və maye şəklində) idxal edib ki, bu da 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 3% azdır. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
Bu, sentyabr ayı üçün son dörd ildə (2019-cu ildən bəri) minimum səviyyədir. Lakin bu rəqəmləri gözdən keçirərkən nəzərə almaq lazımdır ki, Türkiyə 2022-ci ildə Silivridəki yeraltı qaz anbarının genişləndirilməsini başa çatdırıb və əlavə qaz həcmi həm də yeni qaz anbarında ehtiyatların yaradılması üçün idxal edilib.
Eyni zamanda, qazın əsas alıcıları özəl idxalçılar – “Akfel Gaz”, “Bosphorus Gaz”, “EGE”, “Kibar Enerji” və “SOCAR Enerji” olub. Sentyabr ayında onlar ümumilikdə 1,019 milyard kubmetr qaz alıb – bu, 2023-cü ilin avqust ayı ilə müqayisədə təxminən iki dəfə və bir il əvvələ nisbətən 14 dəfə çoxdur.
ENERJİ BAZARI
Sentyabrda ölkədə elektrik enerjisinin istehlakı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4% artıb.
Türkiyədə ümumi qaz istehlakı 4% azalaraq 3,044 milyard kubmetr, enerji istehlakı 8% azalaraq 1,356 milyard kubmetr, mənzil-kommunal təsərrüfatı sektorunda qaz istehlakı isə 8% azalaraq 286 milyon kubmetr təşkil edib.
BORU KƏMƏRLƏRİ
Sentyabrda boru kəməri qazının idxalı 2,791 milyard kubmetr (bir il əvvəl 3,105 milyard kubmetr) təşkil edib.
Türkiyə sentyabr ayında Rusiyanın “Qazprom” şirkətindən 1,902 milyard kubmetr qaz alıb ki, bu da 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 24% çoxdur. Rusiya qazının tədarükü ardıcıl üç aydır artıb.
Azərbaycan 889 milyon kubmetr qaz (+25%) tədarük edib.
Sentyabr ayında İrandan qaz idxalı həyata keçirilməyib (iyul ayında olduğu kimi). Ümumilikdə ilin əvvəlindən İran qazının Türkiyəyə tədarükü təxminən iki dəfə - 3,813 milyard kubmetrə qədər azalıb.
LNG
2023-cü ilin sentyabr ayında LNG idxalı iki dəfəyə qədər artaraq 501 milyon kubmetr təşkil edib.
Bu yanacaq növünün Türkiyəyə tədarükü Əlcəzair tərəfindən uzunmüddətli müqavilə çərçivəsində həyata keçirilib; həmçinin ABŞ-dan bir LNG partiyası qəbul edilib.
Yayda ABŞ Türkiyəyə LNG tədarükü həyata keçirməyib.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət