İkili standartlar və selektiv yanaşma beynəlxalq münasibətlər sistemində mövcud olan risk və çağırışlardır. Bunu xarici işlər naziri Ceyhun Bayramov noyabrın 30-da ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında çıxışı zamanı deyib.
XİN-dən verilən məlumata görə, nazir bildirib ki, bu istiqamətdə, beynəlxalq hüquq normalarına, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət müstəsna əhəmiyyət kəsb edir.
Bayramov ATƏT-in hələ keçmiş Ermənistan-Azərbaycan münaqişəsi dövründə öz mandatının effektiv icrasına nail ola bilmədiyini, habelə postmünaqişə dövründə də təşkilat çərçivəsində bir sıra iştirakçı dövlətlərin Ermənistana havadarlığının və ATƏT mexanizmlərinin hələ də “uyğun olduğu”na dair istinadların reallığı əks etdirmədiyini bildirib.
O, 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində görülən antiterror tədbirləri nəticəsində ərazilərimizdə Ermənistan tərəfindən öhdəliklərinə və şifahi bəyanatlarına zidd şəkildə saxlanan qeyri-qanuni rejimin buraxıldığını və tərk-silah edildiyini diqqətə çatdırıb.
Ermənistanla sülh danışıqlarına toxunan XİN başçısı mövcud çətinliklərə və çağırışlara, Ermənistan tərəfindən prosesin yersiz ləngimələrə məruz qalmasına, həmçinin bir sıra dövlətlərin öz geosiyasi oyunlarını regiona proyeksiya etmək cəhdlərinə baxmayaraq, Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi prosesin irəlilədilməsində qərarlı olduğunu diqqətə çatdırıb.
Nazir, həmçinin görüşün (sülh prosesi çərçivəsində - İF) Azərbaycan-Ermənistan sərhədində, yaxud qərəzsiz və ya neytral üçüncü bir ölkədə keçirilməsini təklif edib.*
R.Əhmədov
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət