Dekabrın 1-də Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq konfrans və türk xalqlarının ortaq mətbəxinin təqdimatı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Tədbirin təşkilatçıları olan Dövlət Turizm Agentliyi (DTA) və Türk Dövlətləri Təşkilatından (TDT) bildirilib ki, tədbirin məqsədi türkdilli dövlətlərin ortaq turizm məhsulları və marşrutlarının yaradılması istiqamətində fikir mübadiləsi aparılması, bu sahədə əməkdaşlıq perspektivlərinin müzakirə olunmasından ibarətdir.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın rəsmi qurumlarının təmsilçiləri, mədəni irs üzrə ekspertləri iştirak ediblər.
Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova ortaq mədəni irsə sahib olan türkdilli dövlətlərin turizm sahəsində əməkdaşlığının gücləndirilməsinə ehtiyac olduğunu qeyd edib. O, konfransın yekunlarının türk xalqları arasında əməkdaşlıq perspektivlərinin genişləndirilməsinə dəstək olacağından əminliyini bildirib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov tarixi-memarlıq abidələri ilə zəngin olan Şuşa şəhərində mədəni turizmin inkişafı üçün kifayət qədər imkanların mövcud olduğunu vurğulayıb.
Sonra konfransda TDT-yə üzv ölkələrin nümayəndələri “Türkdilli ölkələrin köçəri həyat tərzinin turizm məhsuluna çevrilməsi” mövzusunda təqdimatlarla çıxış ediblər. İtməkdə olan köçəri həyat tərzinin türk xalqları arasında, eləcə də Azərbaycanda hələ də qorunub saxlandığı qeyd edilib.
Tədbir çərçivəsində türk xalqlarının ortaq mətbəx nümunələrinin təqdimatı da keçirilib. Açıq havada – Şuşadakı Tut bağında təşkil olunan tədbirdə qonaqlar Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın mətbəx nümunələrini təqdim edən stendlərlə tanış olublar.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət