İsrail hökuməti Qəzza zolağında əməliyyatlar başa çatdıqdan sonra təhlükəsizlik məqsədilə anklavda bufer zonasının yaradılmasının planlaşdırılması ilə bağlı məlumatı təsdiq edib. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
“Müdafiə Nazirliyi təhlükəsizliyin təmin edilməsi üçün Qəzza zolağı ilə sərhəddə bufer zonasının yaradılmasını müzakirə edir ki, HƏMAS qruplaşması hərbi qüvvələri onun yaxınlığında cəmləşdirə bilməsin”, - deyə adı açıqlanmayan İsrail rəsmisi nəşrə bildirib.
“Bu, siyasi addım deyil, təhlükəsizlik tədbiridir. Biz Qəzza zolağı ilə sərhəddə qalmağı planlaşdırmırıq”, - deyə o qeyd edib.
Qəzzada döyüşlər dekabrın 1-də tərəflərin 7 günlük atəşkəsin uzadılmasına nail ola bilməməsindən sonra yenidən başlayıb. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi HƏMAS-ı atəşkəs razılaşmasının şərtlərini pozmaqda ittiham edib, çünki qruplaşmanın yaraqlıları İsrail ərazisinə raket zərbələri endirib və girovluqda olan israillilərin azad edilməsini dayandırıb.
7 günlük atəşkəs dövründə HƏMAS 104 girovu - 80 israillini və 24 əcnəbini, İsrail isə 240 fələstinli məhbusu azad edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət