Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü il dövlət büdcəsinin layihəsi 2 milyard 590 milyon manat və ya ÜDM-in 2,2%-i səviyyəsində kəsirlə III oxunuşda qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat məbləğində proqnozlaşdırılır.
2024-cü ildə dövlət büdcəsinin gəlirləri neftin 1 barelinin qiyməti $60 olmaqla hesablanıb.
2024-cü ildə gəlirlərin strukturunda Dövlət Neft Fondundan transfertlər 12 milyard 781 milyon manat məbləğində (2023-cü ilin proqnoz göstəricisindən +8,9%) nəzərdə tutulub.
Bundan başqa, 2024-cü ildə əlavə dəyər vergisi üzrə daxilolmalar 7 milyard 591 milyon manat, mənfəət vergisi üzrə daxilolmalar 5 milyard 675,6 milyon manat, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 1 milyard 895 milyon manat, aksizlər üzrə daxilolmalar 1 milyard 531 milyon manat, gömrük rüsumları üzrə daxilolmalar isə 1 milyard 475 milyon manat təşkil edəcək.
2024-cü ildə xərclərin strukturunda müdafiə və milli təhlükəsizlik xərcləri 6,4 milyard manat; təhsil xərcləri 4,5 milyard manat; sosial müdafiə və sosial təminat xərcləri 4,5 milyard manat; ümumi dövlət xidmətləri ilə bağlı xərclər 4,8 milyard manat; kənd təsərrüfatı xərcləri 1,1 milyard manat, iqtisadi fəaliyyətlə bağlı xərclər isə təxminən 7,9 milyard manat təşkil edəcək.
2024-cü ildə dövlət borcuna xidmətlə bağlı xərclər 1 milyard 972,6 milyon manat, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı layihələrin maliyyələşdirilməsi üzrə xərclər 4 milyard manat məbləğində nəzərdə tutulub.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət