Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətləri müdafiə sənayesi sahəsində milli təhlükəsizlik, sabitliyə nail olmaq və əməkdaşlıq məqsədilə müvafiq “yol xəritəsi” hazırlamalıdır.
"Dünyada bugünkü vəziyyəti proqnozlaşdırmaq mümkün deyil. Nə Azərbaycanda, nə də digər ölkələrdə Qərblə Rusiyanın geosiyasi qarşıdurmasının necə bitəcəyini heç kim deyə bilməz. Qafqaz regionundakı və Mərkəzi Asiya ölkələrinin sərhədlərindəki vəziyyəti, xüsusilə Əfqanıstanla olan vəziyyəti nəzərə alsaq, təhlükəsizlik məsələsi əsas məsələ olmalıdır. Bizim üçün son 20-25 il münaqişə (Ermənistanla - İF) ilə bağlı təhlükəsizlik məsələsi ən başlıca məsələ idi, çünki bilirdik ki, əgər bu münaqişə sülh yolu ilə həll olunmasa, bunu güc ilə həll edəcəyik. Biz Ordunu gücləndirdik, təhlükəsizlik infrastrukturunu inkişaf etdirdik, çox sayda hərbi təlimlər keçirdik. Bu göstərdi ki, bu çox düzgün siyasətdir. Əgər bütün bunlar olmasaydı, indiyədək hələ də Ermənistanla mənasız danışıqlar aparardıq", - Əliyev çərşənbə günü “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib.
TDT çərçivəsində NATO kimi hərbi ittifaqın yaradılması ilə bağlı suala cavabında Əliyev bildirib ki, «bu gün NATO kimi strukturun yaradılması barədə danışmaq hələ tezdir, çünki bunun üçün birgə təhlükəsizliyi necə təmin etməyimiz barədə müəyyən konsensus lazımdır».
"Bunun üçün bütün ölkələrin razılığı lazımdır, mən Azərbaycanın mövqeyini bildirdim. Hesab edirəm ki, müdafiə sənayesi, müdafiə sahələrində əməkdaşlıq etməliyik, birgə istehsal haqqında düşünməliyik (müdafiə sənayesi məhsullarının - İF), birgə təlimlər keçirməliyik, sərhədlərimizin təhlükəsizliyinə də diqqət yetirməliyik, çünki bu ölkələr üçün milli təhlükəsizlik və sabitlik baxımından əsas məsələdir", - prezident deyib.
"Buna nail olmaq üçün əlbəttə ki, biz müəyyən yol xəritəsi hazırlamalıyıq. Praktik baxımdan düşünürəm ki, bu çox faydalı olacaq və hər bir ölkə bu barədə öz tövsiyələrini verə bilər. Biz ilkin mərhələdəyik və bu, TDT-nin son sammitində həmkarlarıma ismarıc idi. İndi məsləhətləşmələr aparılır və nəticənin nə olacağını görəcəyik. Bu Azərbaycanın mövqeyidir, lakin biz bunu təkcə təcrübəmizə əsaslanaraq deyil, dünyada baş verənləri proqnozlaşdırmaq mümkün olmadığına görə deyirik ", - dövlət başçısı əlavə edib.
Əliyev vurğulayıb ki, TDT ölkələrinin böyük potensialı, geniş coğrafiyası var.
Xəbər verildiyi kimi, 2023-cü il noyabrın 3-də İlham Əliyev Astanada keçirilən TDT sammitində təşkilata üzv dövlətlər arasında müdafiə və təhlükəsizlik, müdafiə sənayesi sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə çağırıb. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət