2024-cü ildə Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” yatağından qaz hasilatı 26,1 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır ki, bu da 2023-cü ilin nəticələrinə görə gözlənilən göstəricidən 3,2% çoxdur.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”ndə bildirilib. Qeyd olunur ki, 2023-cü ilin yekunları üzrə “Şahdəniz”də hasilat 25,3 milyard kubmetr səviyyəsində gözlənilir.
2024-cü ildə “Şahdəniz”də kondensat hasilatı 2023-cü ilin yekunları üzrə 34 milyon barelə qarşı 33,8 milyon barel səviyyəsində proqnozlaşdırılır. Beləliklə, azalma 0,6% təşkil edəcək.
Xəbər verildiyi kimi, “BP-Azerbaijan” şirkəti 2023-cü ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 20 milyard kubmetr qaz hasil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 11% çoxdur. Hesabat dövründə yataqdan təqribən 27 milyon barel kondensat (3 milyon tondan çox) hasil edilib ki, bu da 2022-ci ilin 9 ayının göstəricisinə uyğundur.
2022-ci ildə “Şahdəniz” yatağından 25,2 milyard kubmetr qaz (2021-ci illə müqayisədə +11,5%) və 4,4 milyon ton kondensat (+4,8%) hasil edilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (21,02%).
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət