“Silk Way West Airlines” yük aviaşirkəti Amerikanın “Boeing Company” korporasiyasının istehsalı olan ikinci “Boeing 777F” təyyarəsini alıb. Tədarük 5 ədəd “Boeing 777F” təyyarəsinin istehsalı haqqında bağlanmış müqavilə çərçivəsində həyata keçirilib.
“Silk Way West Airlines” müqavilə çərçivəsində “Boeing 777F” tipli birinci təyyarəni 2023-cü ilin oktyabr ayında alıb.
“Silk Way West Airlines” iki “Boeing 777F” yük təyyarəsinin alınması ilə donanmasını genişləndirib. İkimühərrikli təyyarələr aviaşirkətin yükləri sürətli və etibarlı çatdırması qabiliyyətini artıracaq”, - deyə aviaşirkətin məlumatında bildirilir.
“Silk Way West Airlines” 2021-ci ilin aprel ayında beş “Boeing 777F” təyyarəsinin, 2022-ci il noyabrın 10-da isə iki “Boeing 777-8F” yük təyyarəsinin alınması haqqında müqavilələr bağlayıb. Müqavilələrə əsasən, Azərbaycana 7 “Boeing” təyyarəsinin tədarükü 2030-cu ilə qədər növbəti yeddi il ərzində həyata keçiriləcək.
“Silk Way West” yüksək yanacaq səmərəliliyi və uçuş məsafəsinə (9200 km) görə “Boeing 777F” təyyarələrinə üstünlük verib.
“Silk Way West Airlines” hava yolu yükdaşıma şirkətinin əsası 2012-ci ildə Bakıda qoyulub. Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 min tondur. Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli “Silk Way West Airlines”ın marşrut şəbəkəsi Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir. Aviaşirkətin donanması ən müasir təhlükəsizlik sistemləri ilə təchiz olunmuş 14 ədəd “Boeing 777F”, “Boeing 747-8F” və “Boeing 747-400F” yük təyyarəsindən ibarətdir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət