OPEC 2023-2024-cü illərdə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı üzrə proqnozu 0,7 milyon barel səviyyəsində saxlayıb ki, bu da 2022-ci ilin faktiki göstəricisinə uyğundur.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.
Hesabata əsasən, oktyabrda Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı orta hesabla 0,6 milyon barel təşkil edib ki, bu da sentyabr göstəricisinə uyğundur. 2022-ci ilin oktyabr ayı ilə müqayisədə gündəlik hasilat 69 min barel azalıb.
“Rəsmi mənbələrə əsasən, oktyabrda Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 489 min barel, kondensat hasilatı 137 min barel təşkil edib. 2023-cü ildə ölkədə maye karbohidrogen hasilatının təqribən 30 min barel azalaraq orta hesabla 0,7 milyon barel təşkil edəcəyi proqnozlaşdırılır. Hasilat proqnozunun təqribən 13 min barel azalması oktyabrda iri neft yataqlarında hasilatın gözlənildiyindən daha az olması ilə şərtlənib”, - deyə hesabatda qeyd olunur.
OPEC-in məlumatına görə, bu il “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG bloku) kimi köhnə yataqlarda neft hasilatının azalmasının digər yataqlarda hasilatın artması ilə kompensasiya olunacağı gözlənilir.
OPEC 2024-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatının 0,7 milyon barel səviyyəsində qalacağını proqnozlaşdırır. Proqnozlara görə, hasilat “Şahdəniz”, “Abşeron” və “Ümid-Babək” qaz-kondensat layihələri hesabına qismən təmin olunacaq.
“Bundan başqa, gələn il “Azəri-Mərkəzi-Şərqi” platformasının istismara verilməsinin AÇG blokunda hasilata təkan verəcəyi, lakin bunun ümumi azalma (neft hasilatının – İF) tempini dayandırmayacağı gözlənilir”, - deyə OPEC vurğulayır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət