Almaniya 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracını ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,6% - təxminən 2,2 min ədədə qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsinə (Destatis) istinadən xəbər verir.
Hesabat dövründə tədarükün dəyəri 49% - 108,3 milyon avroya qədər artıb.
Yanvar-oktyabr aylarında Almaniyadan Azərbaycana mühərrikinin həcmi 1500 kubsantimetrdən 3000 kubsantimetrə qədər olan təxminən 480 ədəd benzin mühərrikli yeni nəqliyyat vasitəsi (artım 2,6 dəfə) gətirilib. 10 ay ərzində tədarükün dəyəri 26,2 milyon avro (artım 3 dəfə) olub.
Hesabat dövründə Almaniyadan Azərbaycana mühərrikinin həcmi 1500 kubsantimetrdən 2500 kubsantimetrə qədər olan dizel mühərrikli köhnə nəqliyyat vasitələrinin ixracı illik müqayisədə 17% - təxminən 270 ədədə qədər, tədarükün dəyəri isə 26,3% - 3,3 milyon avroya qədər azalıb.
Yanvar-oktyabr aylarında Almaniyadan Azərbaycana enerji mənbəyinə qoşula bilən benzin və elektrik mühərrikli köhnə hibrid avtomobillərin ixracı 66,4% - təxminən 190 ədədə qədər artıb. Bu nəqliyyat vasitələrinin tədarük dəyəri 54,3% artaraq 9,5 milyon avro təşkil edib.
Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, 2022-ci ildə Almaniya Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracını 2021-ci illə müqayisədə 2,4 min ədədə qədər artırıb. Hesabat dövründə tədarükün dəyəri 2,3 dəfə - 95,1 milyon avroya qədər artıb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət