“Şahdağ Turizm Mərkəzi” QSC 2024-cü ildə turist axınının 15-20% artacağını gözləyir. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov deyib.
“2022-ci illə müqayisədə bu il turistlərin sayı 15% artıb. Gələn il biz 15-20% səviyyəsində artım gözləyirik”, - deyə o vurğulayıb.
R.Nəcəfov şənbə günü qış turizm mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında bildirib ki, 2023-cü il yanvarın əvvəlindən dekabrın 15-dək “Şahdağ” Turizm Mərkəzindəki hotellərdə 67,821 min nəfər gecələyib. Mərkəzə səfər edən turistlərin sayı isə 158,506 min nəfər olub.
Onun sözlərinə görə, bu qış mövsümündən xizək həvəskarları üçün uzunluğu 1 800 metr olan və müxtəlif beynəlxalq xizək yarışlarının keçirilməsi üçün nəzərdə tutulan xüsusi yeni yamac istifadəyə veriləcək, eyni zamanda, kompleksdə fəaliyyət göstərən xizək yamaclarının daim qarla təmin olunması üçün qar generatorlarının sayı 449-dan 488-ə çatdırılacaq.
Mərkəzin sədri əlavə edib ki, rusiyalı turistlər 2024-cü ilin yanvar-fevral ayları üçün yerlərin 50-60%-ni, ərəb turistlər isə gələn ilin yay mövsümü üçün 50%-ni bron ediblər.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət