“Şahdağ Turizm Mərkəzi” QSC 2026-cı ildən dağ-xizək idmanı üzrə beynəlxalq yarışlar keçirməyi planlaşdırır. Bunu QSC-nin sədri Rüstəm Nəcəfov deyib.
“Bu qış mövsümündən xizək həvəskarları üçün uzunluğu 1800 metr olan və müxtəlif beynəlxalq xizək yarışlarının keçirilməsi üçün nəzərdə tutulan xüsusi yeni yamac istifadə olunacaq. Beynəlxalq dağ-xizək idman yarışlarının 2025-ci ildən sonra keçiriləcəyi gözlənilir”, - deyə o, qış turizm mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında bildirib.
R.Nəcəfov qeyd edib ki, Mərkəz iki olimpiya oyunlarının iştirakçısı, dünya çempionu olan yapon mütəxəssis cəlb edib və o, idmançılarla məşqlərə başlayıb.
Onun sözlərinə görə, 2024-cü il martın 10-11-də Şahdağda xizək alpinizmi üzrə beynəlxalq seriya yarışı keçiriləcək.
QSC-nin sədri qeyd edib ki, bu mövsüm xizək təlimçilərinin sayı sözügedən idman növünə marağın artması ilə əlaqədar 70-dən 110-a çatıb.
R.Nəcəfov əlavə edib ki, kompleksdə fəaliyyət göstərən xizək yamaclarının daim qarla təmin olunması üçün qar generatorlarının sayı 449-dan 488-ə çatdırılıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət