Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklikləri təsdiq edib.
Dövlət başçısının saytında dərc olunmuş sənədə əsasən, düzəlişlər 1 yavar 2024-cü ildən etibarən qüvvəyə minəcək.
Xüsusilə, kənd təsərrüfatı sektoru üçün vergi güzəştlərin müddəti daha 3 il müddətinə - 2026-cı ilin sonunadək uzadılır.
Dəyişikliklərə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyət üzrə gəlirləri daha 3 il müddətinə mənfəət vergisindən (maddə 106.1.14); kənd təsərrüfatı məhsullarının istehsalçılarının istehsal etdikləri (o cümlədən sənaye üsulu ilə) kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən (maddə 164.1.18); kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə vergi ödənişindən (maddə 199.9); kənd təsərrüfatı məhsullarının istehsalçılarının (o cümlədən sənaye üsulu ilə) istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı sadələşdirilmiş vergi ödənişindən (maddə 218-1.1.1) azad edilir.
Bundan başqa, mühərrikinin iş həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərinin idxalı 2024-cü il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad olunub.
2024-cü ildən aksiz dərəcəsi Azərbaycana idxal olunan motosikletlər üçün mühərrikin həcmi 125 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 0,2 manat, mühərrikin həcmi 500 kubsantimetrədək olduqda 25 manat+mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,4 manat, mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda 175 manat+mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 0,5 manat olacaq.
Bundan başqa, dəyişikliklərə görə, Azərbaycana platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz idxalının aksiz vergisi ödənişindən azad edilməsi (2023-cü il dekabrın 31-də bitir – İF) daha 3 il müddətinə uzadılır.
Dəyişikliyə görə, alkoqollu içkilərin və tütün məmulatlarının ölkəyə idxalına görə aksiz dərəcələrinə dəyişilir. Xüsusilə idxal olunan içməli spirtin (o cümlədən tərkibində 80%-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80%-dən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litri üçün aksiz dərəcəsinin 4 manatdan 4,8 manata qaldırılması (artım 20%); şampan şərabı üçün aksiz dərəcəsinin azaldılaraq 2,6 manatdan 0,2 manata endirilir.
Bundan başqa, siqarlar, ucları kəsilən siqarlar və siqarillaların (nazik siqarlar) hər 1 000 ədədi üçün aksiz dərəcəsinin 43 manatdan 45,5 manata (artım 4,6%), tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1 000 ədədi üçün aksiz dərəcəsinin 38,5 min manatdan 45,5 manata (artım 18,2%), birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsinin isə 0,25 manatdan 2 manata (artım 8 dəfə) qaldırılır.
Məcəllədə düzəlişlər həmçinin dividendlər üzrə vergi güzəştlərinin, fiziki şəxslərin bank depozitləri üzrə gəlirlərinin vergi tutulması üzrə vergi güzəştlərinin tətbiqi və s. tədbirləri nəzərdə tutur. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət