İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağında HƏMAS ilə davam edən müharibə başa çatdıqdan sonra fəaliyyət planını təqdim edib. Bu barədə «Times of İsrael» xəbər verir.
Burada əsas diqqət zolağın mülki idarəçiliyinə yönəldilib, eyni zamanda İsrail sərhədlərdə hərbi nəzarəti və Qəzza daxilində istənilən zəruri hərbi əməliyyatları və təhlükəsizlik tədbirlərini həyata keçirmək hüququnu özündə saxlayır.
«Qəzza sakinləri - fələstinlilərdir, buna görə də Fələstin orqanları məsuliyyət daşıyacaqlar, o şərtlə ki, İsrail dövlətinə qarşı heç bir düşmənçilik hərəkəti və ya təhdid olmasın», - nəşr Qallantın sözlərindən sitat gətirir.
Mətbuat üçün keçirilən brifinqdə Qallant qeyd edib ki, Fələstin administrasiyasının müharibədən sonrakı Qəzzada mümkün iştirakı məsələsi bu mərhələdə aktual deyil, çünki o, lazımi islahatlar aparmayıb.
Eyni zamanda, təhlükəsizlik xidmətinin yüksək rütbəli əməkdaşları “Times of İsrael»ə məlumat veriblər ki, vəzifələrin plana uyğun olaraq yerli administrasiyaya verilməsi mövcud infrastrukturu nəzərə alaraq dərhal deyil, tədricən həyata keçirilməlidir.
İsrailin maliyyə naziri Betsalel Smotriç buna qətiyyətlə qarşı çıxdığını bildirib.
"Qallantın “sonrakı gün” planı - oktyabrın 7-dən “əvvəlki gün” planının təkrarıdır. Qəzza üçün qərar qeyri-standart düşüncə və dəyişdirilmiş konsepsiya tələb edir", - Smotriç deyib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət