“Bakı Metropoliteni” QSC 2040-cı ilədək stansiyaların sayını 25-dən 46-ya çatdıracaq.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il dekabrın 30-da təsdiq etdiyi Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında nəzərdə tutulub.
Baş plana əsasən, 2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,6 km-dən (2019-cu ilin göstəricisi) 73,4 km-ə, stansiyaların sayının isə 25-dən 46-ya çatdırılması (“28 May” stansiyasının yenidən qurulması daxil olmaqla) nəzərdə tutulur.
Proqnozlara görə, 2027-ci ildə metro şəbəkəsinin ümumi uzunluğu 45,8 km, 2040-cı ildən sonra isə 119,1 km-dən çox təşkil edəcək. 2027-ci ildə stansiyaların sayı 31, 2040-cı ildən sonra isə 76 olacaq.
Bundan başqa, metronun fəaliyyət effektivliyinin (əhatə dairəsinin genişləndirilməsi, sərnişindaşıma qabiliyyətinin artırılması, sürətin artırılması) maksimum dərəcədə inkişaf etdirilməsi, sistemdəki sərnişin sıxlığının aradan qaldırılması nəzərdə tutulur.
2027-ci ilədək metronun əhatə dairəsinin genişləndirilməsi üzrə işlərin davam etdirilməsi, bənövşəyi xətt üzrə “Xocəsən-Avtovağzal” hissəsinin, “B-03” və “B-04” stansiyalarının tikintisi, yaşıl (dairəvi) xətt üzrə “Dərnəgül” elektrik deposunun, “Y-03”, “Y-02” “Y-14” və “Y-15” stansiyalarının tikintisi planlaşdırılır.
Həmçinin metro əlaqəsinə əsaslanan yeni tranzit qovşaqlarının yaradılması, relsli nəqliyyat sisteminin sərnişindaşıma qabiliyyətinin təqribən iki dəfə artırılması, mövcud xətlərin uzadılması (bənövşəyi xətt), “Ağ şəhər” və “Port Baku” ərazisinin xidmətə çıxışının təmin edilməsi, perspektivdə Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə tutulur.
“Qeyd edilən tədbirlərin görülməsi nəticəsində metro nəqliyyatı ilə sərnişin daşımalarının hazırkı gündəlik orta hesabla 633 min və ya ildə 231 milyon nəfərdən 2040-cı il üzrə gündəlik orta hesabla 1,37 milyon və ya illik 499,3 milyon nəfərə çatması proqnozlaşdırılır”, - deyə sənəddə qeyd olunur.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 27 stansiyadan ibarətdir.
2022-ci ildə metro ilə 208 milyon 696,1 min sərnişin (artım 2,3 dəfə) daşınıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət