2040-cı ildə Bakı şəhərində yaşayış fondunun ümumi sahəsi 64,5% artaraq 78 milyon 615,3 min m2-ə çatacaq (2020-ci ildə 47 milyon 737,7 min m2).
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il dekabrın 30-da təsdiq etdiyi Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub.
Baş plana əsasən, 2040-cı ilədək köhnəlmiş yaşayış fondunun ümumi sahəsi əhəmiyyətli dərəcədə azalacaq. Əgər 2020-ci ildə köhnəlmiş yaşayış fondunun ümumi sahəsi 19 milyon 517,8 min m2 idisə, 2027-ci ildə 12 milyon 138,4 min m2-ə, 2040-cı ildə isə 8 milyon 338,4 min m2-ə qədər azalacaq.
Paytaxtda çoxmərtəbəli (9 və daha çox) yaşayış binalarının ümumi sahəsi əhəmiyyətli dərəcədə artacaq. 2020-ci ilin sonuna bu binaların sahəsi 15 milyon 826,7 min m2 təşkil edirdisə, 2027-ci ildə 20 milyon 8,5 min m2-ə, 2040-cı ildə 25 milyon 102,7 min m2-ə qədər artacaq, 2020-2040-cı illərdə artım 58,6% təşkil edəcək.
2040-cı ildə orta mərtəbəli (5÷8 mərtəbəli) və çoxmənzilli yaşayış binalarının ümumi sahəsi 10 milyon 349,3 min m2-ə (2020-ci ildə 6 milyon 154,3 min m2), azmərtəbəli (5 mərtəbəyə qədər) və çoxmənzilli yaşayış binalarının ümumi sahəsi 20 milyon 406,4 min m2-ə (2020-ci ildə 19 milyon 877,2 min m2) çatacaq.
Baş plana əsasən, 2020-2040-cı illərdə fərdi yaşayış evlərinin sahəsi əhəmiyyətli dərəcədə artacaq (3,9 dəfə – İF). 2020-ci ilin sonuna fərdi yaşayış evlərinin ümumi sahəsi 5 milyon 879,5 min m2 təşkil edib, 2027-ci ildə bu göstərici 19 milyon 8,8 min m2-ə, 2040-cı ildə 22 milyon 756,9 min m2-ə çatacaq.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət