Çexiya 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracını ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,4% - 820 ədədə qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Çexiya Statistika İdarəsinə istinadən xəbər verir.
Hesabat dövründə tədarükün dəyəri 61,4% - 16,5 milyon avroya qədər artıb.
Yanvar-noyabr aylarında Çexiyadan Azərbaycana mühərrikinin həcmi 1500 kubsantimetrdən 3000 kubsantimetrə qədər olan 530 ədəd benzin mühərrikli yeni nəqliyyat vasitəsi (ildən ilə artım 16%) gətirilib. 11 ay ərzində tədarükün dəyəri 10,1 milyon avro (artım 24,6%) olub.
Çexiyadan Azərbaycana benzin və elektrik mühərrikli yeni hibrid avtomobillərin (qoşula bilən hibrid avtomobillər istisna olmaqla) ixracı 4,1 dəfə - 213 ədədə qədər artıb. Bu nəqliyyat vasitələrinin tədarük dəyəri 4,2 dəfə artaraq 4,7 milyon avro təşkil edib.
Yanvar-noyabr aylarında Çexiyadan Azərbaycana mühərrikinin həcmi 1000 kubsantimetrdən 1500 kubsantimetrə qədər olan benzin mühərrikli yeni nəqliyyat vasitələrinin idxalı 6,1 dəfə - 73 ədədə qədər, tədarükün dəyəri isə 6,5 dəfə - 1,5 milyon avroya qədər artıb.**
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət