Bakıda Perinatal Mərkəzdə baş verən yanğın hadisəsinin istintaqı Azərbaycan prezidenti İlham Əliyevin nəzarətindədir. Bu barədə Baş prokuror Kamran Əliyev bəyan edib.
“Faktla bağlı yanğın təhlükəsizliyi qaydalarının pozulması, səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olma maddələri ilə cinayət işi başlanılıb.
Hadisə gecə baş verib. Aidiyyəti qurumlara məlumat verilib və tədbirlər görülüb. Qısa müddət ərzində yanğın söndürülüb və digər şöbələrə yayılmasının qarşısı alınıb. Təəssüf ki, dörd körpənin həyatını xilas etmək mümkün olmayıb. Bütün hadisələri diqqətlə araşdırmaq üçün vaxt lazımdır. Təqsirli şəxsləri məsuliyyətə cəlb edilməsi tərəfimizdən təmin ediləcək", - Əliyev çərşənbə axşamı jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, Bakıda yanvarın 9-na keçən gecə Respublika Perinatal Mərkəzində baş verən yanğın 4 körpənin ölümü və 3 nəfərin zəhərlənməsi ilə nəticələnib.
Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət