Türkmənistan qazının İran vasitəsilə svop tədarükü Tehrana qarşı tətbiq olunan sanksiyaları pozmur. Bunu ABŞ-ın Türkmənistandakı səfiri Metyu Klimou bu gün Aşqabadda keçirilən mətbuat konfransında deyib.
Türkmənistan qazının İran vasitəsilə svop tədarükünə ABŞ-ın münasibəti ilə bağlı suala səfir belə cavab verib: “Bu, bir çox amillərdən asılıdır. Məsələn, İran vasitəsilə Azərbaycana svop qaz tədarükü sanksiyaları pozmur. Buna görə də tədarük bu sövdələşmənin necə strukturlaşdırılacağından asılı olacaq”, - deyə o bildirib.
Səfir Avropanın da maraq göstərəcəyi təqdirdə Transxəzər qaz kəmərinin tikintisi ideyasını müsbət qiymətləndirib. “Hesab edirəm ki, Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi də çox ağıllı ideyadır. Bu, mühəndislik nöqteyi-nəzərindən də böyük problem deyil. Belə bir layihəni həyata keçirmək üçün siyasi və iqtisadi hesablamalar aparılmalı və Xəzər regionu ölkələrinin və Avropanın marağı olmalıdır”, - deyə o bildirib.
2021-ci ilin noyabr ayında Azərbaycan, İran və Türkmənistan arasında təbii qaz mübadiləsi haqqında saziş imzalanıb. Saziş İran tərəfindən Azərbaycana ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının tədarükünü nəzərdə tutur.
Qaz tədarükünə 2022-ci ilin yanvar ayında başlanılıb və gündəlik həcm 5-6 milyon kubmetr təşkil edib. 2022-ci ilin mart ayına qədər nəql olunan gündəlik həcm 7 milyon kubmetrə çatıb.
2022-ci ilin iyun ayında İran və Azərbaycan İranın boru kəməri sistemi ilə Türkmənistan qazının Azərbaycana illik nəqlinin iki dəfə artırılması ilə bağlı razılığa gəlib.
2023-cü ilin dekabr ayının əvvəlində Aşqabadda keçirilən iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Türkiyə Hökumətlərarası Komissiyasının iclasında Türkmənistan təbii qazının İran vasitəsilə Türkiyəyə nəqli imkanları müzakirə olunub.
Xəbər verildiyi kimi, Türkmənistan uzun illərdir Azərbaycan, Türkiyə, Gürcüstan və Aİ ilə ildə 10 milyard kubmetrdən 30 milyard kubmetrə qədər ötürmə gücünə malik Transxəzər qaz kəmərinin tikintisi mümkünlüyünü müzakirə edir.
Moskva və Tehran uzun müddət kəmərin tikintisinə qarşı olub. Lakin 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayıblar. Sənədə əsasən, Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsi üçün bütün Xəzər ölkələrinin razılığı tələb olunmur, onun inşası məsələsi yalnız ərazisindən boru kəmərinin keçəcəyi dövlətlər (bu halda Azərbaycan və Türkmənistan) arasında razılaşdırılır.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət