2023-cü ildə Azərbaycanda son 5 ilin sayca 4-cü sosial paketi həyata keçirilib və bu sosial paket 1,9 milyon nəfəri əhatə edib. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
“2023-cü ildə ölkədə son 5 ilin sayca 4-cü sosial paketi həyata keçirilib. Bu sosial paket 1,9 milyon vətəndaşı əhatə edib. Ayrılan illik əlavə maliyyə 750 milyon manat təşkil edib”, - deyə o, bu gün 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Nazir müavini qeyd edib ki, ötən il pensiya artımında vahid indeksasiya metoduna keçilib, bütün pensiyalar 14,7% indeksləşdirilərək artırılıb.
Onun sözlərinə görə, 2023-cü ildə pensiyaların orta məbləği 436 manata, yaşa görə pensiyanın orta məbləği 467 manata çatdırılıb. Ümumilikdə ötən il pensiya ödənişləri 5,7 milyard manat təşkil edib.
A.Əliyev sosial müavinətlərin də artırıldığını qeyd edib. Müavinət ödənişləri 24% artırılaraq ümumilikdə 500 minə yaxın şəxsi əhatə edib, 378 min nəfərə Prezident təqaüdü ödənişi aparılıb.
Ötən il ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 487 manat olub.
Nazir müavini əlavə edib ki, 2023-cü ildə məşğulluq mərkəzləri tərəfindən 118,4 min şəxs işlə təmin edilib, 17,4 min nəfər özünüməşğulluq proqramına, 9,5 min nəfər peşə hazırlığına cəlb edilib.
A.Əliyev vurğulayıb ki, əmək müqavilələrinin sayı 1,8 milyona çatıb, əmək haqqı fondunda 15% artım baş verib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət