2023-cü il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə 15 759 cinayət hadisəsitörədilib ki, onların87,4 %-nin açılmasıtəmin olunub. Bu barədə Bakı şəhər prokuroru Elşən Abbasov məlumat verib.
“Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində2023-cü ildə törədilən51 qəsdən adam öldürməcinayətlərindən 50-nin və23 qəsdən adam öldürməyə cəhdcinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilib”, - Abbasov Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhər prokurorluğu və Bakı şəhərinin rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsində bildirib.
O məlumat verib ki, 2023-cü ildə intihar və özünü öldürmə həddinə çatdırma, qəsdən sağlamlığa ağırzərərvurma, oğurluq, qarət, quldurluq, qaçaqmalçılıq, xuliqanlıq, narkotik ilə bağlı cinayətlərin sayı azalıb, iqtisadi sahədə cinayətlərin, o cümlədən korrupsiya, xidməti vəzifədən sui-istifadə və əmlaka qarşı yönəldilmiş cinayətlərin sayı artıb.
Ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə279 cinayət işininibtidai istintaqı tamamlanıb, onlardan197 işbaxılması üçün müvafiq məhkəmələrə göndərilib. Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş7 milyon 151 min 170 manatməbləğində maddi ziyanın5 milyon 141 min 511manatının və ya71,9 %-ninödənilməsi təmin olunub.
Həmçinin, Bakı şəhərinin rayon prokurorluqlarının icraatında olan cinayət təqibi materialları üzrə qanunvericiliyə müvafiq olaraq şəxsin məsuliyyətdən azad olunması üçün dövlət büdcəsinə442,748min manat pul vəsaiti ödənilib.
Abbasovun sözlərinə görə, hesaat dövründə xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılmış, şəhər prokurorluq orqanları əməkdaşlarından6 nəfər intizam məsuliyyətinə cəlb olunub,onlardan bir nəfərə töhmət, üç nəfərə şiddətli töhmət verilib, bir nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad edilib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət