OPEC 2023-2025-ci illərdə Azərbaycanda orta gündəlik maye karbohidrogen hasilatını təxminən 0,7 milyon barel səviyyəsində proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.
Hesabata əsasən, 2023-cü ilin noyabr ayında Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı orta hesabla 0,6 milyon barel təşkil edib ki, bu da həmin ilin oktyabr ayına olan göstəricidən 7 min barel çoxdur. 2023-cü ilin noyabr ayı ilə müqayisədə hasilat 77 min barel azalıb.
“Rəsmi mənbələrə görə, noyabrda Azərbaycanda gündəlik 494 min barel neft və 129 min barel kondensat hasil edilib. 2023-cü ildə ölkədə maye karbohidrogen hasilatının təxminən 40 min barel azalaraq orta hesabla 0,7 milyon barel təşkil edəcəyi proqnozlaşdırılır. Proqnozun təqribən 11 min barel azaldılması noyabrda iri neft yataqlarında hasilatın gözlənildiyindən daha az olması ilə əlaqədardır”, - deyə hesabatda bildirilir.
OPEC-in məlumatına görə, 2023-cü ildə “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG bloku) kimi köhnə yataqlarda neft hasilatının azalması digər yataqlarda hasilatın artırılması hesabına kompensasiya edilib.
OPEC 2024-cü ildə Azərbaycanda orta gündəlik maye karbohidrogen hasilatının təxminən 20 min barel artacağını, orta gündəlik hasilatın isə 0,7 milyon barel səviyyəsində qalacağını proqnozlaşdırır. Proqnozlara görə, hasilat “Şahdəniz”, “Abşeron və “Ümid-Babək” qaz-kondensat layihələri hesabına qismən təmin olunacaq.
“Bu il “Şərqi Mərkəzi Azəri” platformasının işə salınması AÇG blokunda hasilata təkan verməlidir. Lakin bunun ümumi azalma tempini (AÇG-də neft hasilatının – İF) dayandırmayacağı gözlənilir”, - deyə OPEC vurğulayır.
OPEC 2025-ci ildə Azərbaycanda gündəlik neft hasilatının təxminən 10 min barel artacağını proqnozlaşdırır, orta gündəlik göstərici isə dəyişməyərək təxminən 0,7 milyon barel səviyyəsində qalacaq.
“AÇG və “Ümid-Babək” kimi bir neçə layihə üzrə hasilatın artmasının digər köhnə yataqlarda hasilatın azalmasını əhəmiyyətli dərəcədə kompensasiya edəcəyi gözlənilir”, - deyə hesabatda bildirilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət