Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycan və Gürcüstan Orta Dəhlizin fəaliyyətindən gələcəkdə faydalanmaq üçün tranzit siyasətini dəyişməlidirlər. Analitik Ramazan Səmədov belə hesab edir.
Səmədov commonspace.eu saytında dərc olunmuş məqalədə qeyd edir ki, Orta Dəhlizin Azərbaycandan keçən hissəsi vasitəsilə dəmir yolu tranziti ayda 400 min tonu keçərək 2022-ci ilin ortalarına qədər maksimuma çatıb, bundan sonra həcmlər yavaş-yavaş azalmağa başlayıb və bu tendensiya 2023-cü ildə davam edib.
Materialda analitik həmçinin «Mərkəzi Asiyadan Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan terminallarına neft-qaz məhsullarının tranzitinin artmasına» diqqət çəkir ki, bu da onun sözlərinə görə, «Orta Dəhliz» vasitəsilə daşınan yüklərin şaxələndirilməsinin hələ müşahidə olunmadığını göstərir.
«Rəqəmlərə və tendensiyalara nəzər yetirərək aydın olur ki, Mərkəzi Asiya və Cənubi Qafqaz regionu bu işdə mühüm dərəcədə özünə güvənməli və regional ticarətin genişləndirilməsinə və onların ətrafındakı əsas regional və qlobal ticarət mərkəzləri ilə əlaqələrin yaxşılaşdırılmasına diqqət yetirməlidir», - Səmədov yazır.
Onun fikrincə, region (Mərkəzi Asiya və Cənubi Qafqaz - İF) ölkələri Türkiyənin Aralıq dənizi limanlarına, Gürcüstanın Qara dəniz limanlarına, İranın Fars körfəzi limanlarına və Baltik limanlarına əlaqəliliyin yaxışılaşması və xarici bazarlara çıxış məqsədilə diqqət yetirməlidirlər.
Analitik hesab edir ki, bunun üçün region ölkələrinə (Mərkəzi Asiya və Cənubi Qafqaz - İF) və xüsusilə Cənubi Qafqaz ölkələri, Azərbaycan və Gürcüstan dəmir yolları tarifləri artıran qısamüddətli tranzit siyasətindən imtina etməlidirlər. Bu siyasət dəmir yolu operatorlarına gəlirlərini artırmağa imkan verərək qısamüddətli gəlirlərə gətirir, lakin digər tərəfdən "tranzit və müxtəliflik coğrafiyasının genişləndirilməsi üçün əldən verilmiş imkanlar şəklində uzunmüddətli itkilərlərə səbəb olur”.
O, həmçinin hesab edir ki, bundan başqa Qazaxıstan hələ öz ərazisində bir sıra fiziki cəhətdən ensiz sahələri aradan qaldırmalı olacaq. «Lakin dəhlizin əsas himayəçiləri sadəcə coğrafi nöqteyi-nəzərindən məhz Qafqaz dövlətləri olmalıdır», - Səmədov hesab edir.
Onun fikrincə, «artıq beynəlxalq neft və qaz kəmərləri kimi çox mürəkkəb layihələr üzərində ortaq iş təcrübəsi olan» Azərbaycan və Gürcüstan da tranzit sahəsində daha sıx əməkdaşlıq qurmalıdırlar. «Qarşılıqlı faydalı nəticələr əldə etmək üçün strategiya və güzəştlərin razılaşdırılmasına zərurət var», - Səmədov yazır. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət