2024-cü il yanvarın 20-də bp şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda 4-ölçülü (4D) seysmik tədqiqat proqramına başlayıb
“Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramı olacaq”, - “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan”a daxil olan məlumatda deyilir.
Şirkətin məlumatına görə, 4D seysmik tədqiqat proqramı AÇG blokunda hazırkı məhsuldar layları olan Balaxanı və Fasilə dəstlərinin tədqiqinə yönəlib. Bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında 507 kvadrat kilometrlik bir ərazini əhatə edəcək.
“Proqramın ümumi dəyərinin təxminən $370 milyon, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır”, - “BP-Azerbaijan” qeyd edir.
Şirkətin məlumatına görə, bu uzunmüddətli proqramın planlanmasına ötən ildən başlanıb.
“Proqram çərçivəsində dənizdibi qovşaqlardan, həmçinin bir qoşa mənbəli gəmidən (“Murovdağ”) və bir qovşaq gəmisindən (“Quba”) istifadə etməklə beş il ərzində beş monitorinqin aparılması nəzərdə tutulur. Proqram “Caspian Geo LLC” şirkəti tərəfindən yerinə yetiriləcək”, - məlumatda deyilir.
BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezidenti Roşni Musai bəyan edib ki, AÇG BP-nin əməliyyatçısı olduğu ən böyük neft yatağıdır, proqramın reallaşdırılması həm şirkət üçün, həm də Azərbaycan və şirkətin tərəfdaşları üçün çox əhəmiyyətlidir.
“Bu genişmiqyaslı seysmik tədqiqat proqramını həyata keçirməkdə məqsədimiz yatağın arxitekturası və maye kontaktının (fazalararası təmasın) dinamikası barədə ətraflı məlumat əldə etməkdir. Ümid edirik ki, bu proqram üçün istifadə ediləcək ən müasir 4D texnologiyası yataq haqqında yeni və daha dərin məlumatlar əldə etməyimizə imkan verəcək. Bu isə bizə gələcəkdə quyularda gözlənilməz halları minimuma endirmək və növbəti onilliklər ərzində yatağın neftvermə əmsalını maksimuma çatdırmaq üçün həll yolları müəyyənləşdirməyə kömək edəcək”, - məlumatda Musainin sözlərindən sitat gətirilir.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, “ONGC Videsh” (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir. “Equinor” 2023-cü ilin dekabr ayında layihədəki payının SOCAR-a satılması haqqında saziş imzalayıb. Sövdələşmə tərəflərin bir sıra öhdəlikləri yerinə yetirməsindən sonra başa çatmış hesab olunacaq.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət