2023-cü ilin yanvar-noyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycana 3,4 min tona yaxən əczaçılıq məhsulları ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
Hesabat dövründə idxalın həcmi dəyər ifadəsində 146 milyon avro (ildən ilə artım 15,1%) təşkil edib.
Yanvar-noyabr aylarında Azərbaycana əczaçılıq məhsulları ixracatçılarının ilk üçlüyünə Almaniya (41,7 milyon avro məbləğində (artım 18,6%) 1,1 min ton (ildən ilə azalma 10,2%), Macarıstan (30,4 milyon avro məbləğində (artım 36,7%) 738 ton (artım 1,5 dəfə) və Sloveniya (17,3 milyon avro məbləğində (artım 1,8 dəfə) 377 ton (azalma 5%) daxil olub.
Noyabrda Aİ ölkələri Azərbaycana təqribən 15,1 milyon avro dəyərində (artım 43,8%) 327 tona yaxın əczaçılıq məhsulları (azalma 1,9%) ixrac edib.
Hesabat ayında ən iri ixracatçıların üçlüyünə Almaniya (6,1 milyon avro məbləğində (artım 3,2 dəfə) 70 ton (azalma 35,3%), Macarıstan (2,2 milyon avro məbləğində (azalma 9,7%) 55 ton (azalma 40%) və Sloveniya (1,2 milyon avro məbləğində (azalma 17,9%) 46 ton (azalma 7,3%) daxil olub.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana təqribən 137,5 milyon avro dəyərində (artım 1,3%) 3,5 min ton əczaçılıq məhsulları (2021-ci illə müqayisədə artım 31,7%) ixrac edib.**
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət