Azərbaycan Mərkəzi Bankı (AMB) 2027-ci ilədək könüllü sığorta üzrə (həyat sığortası istisna olmaqla) sığorta haqlarının 630 milyon manata qədər artmasını mümkün hesab edir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu hədəf Mərkəzi Bankın təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda öz əksini tapıb.
AMB-nin hesablamalarına görə, 2023-cü ildə həyat sığortası üzrə (yığım sığortası istisna olmaqla) sığorta haqları 350 milyon manat təşkil edib. Beləliklə, 2024-2026-cı illərdə yığımlar 80% arta bilər.
2027-ci ilədək həyat sığortası üzrə (yığım sığortası istisna olmaqla) sığorta haqları 280 milyon manata çata bilər (2023-cü ildə 124 milyon manat). Sığorta haqları üzrə artım 2,3 dəfə təşkil edə bilər.
AMB-nin hesablamalarına görə, 2027-ci ilədək sığorta bazarının penetrasiya səviyyəsi qeyri-neft ÜDM-in 2,15%-ni (2023-cü ilin sonuna 1,85%) təşkil edəcək.
Bundan başqa, AMB 3 il ərzində sığorta aktivlərinin iki dəfə artacağını gözləyir. Belə ki, hazırda sığorta aktivlərinin həcmi 1,9 milyard manat təşkil edir və 2027-ci ilədək bu göstəricinin 3,7 milyard manatdan artıq məbləğə qədər artacağı proqnozlaşdırılır.*
X.Nəsirzadə, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət