Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın milli valyutasında istiqrazların yeni yerləşdirilməsini həyata keçirib və 19,5 milyon manat (cari məzənnə ilə $11,47milyon) cəlb edib.
“İnterfaks-Azərbaycan”a AİB-dən məlumat verilib ki, istiqarzlar Azərbayacn manatında ifadə edilib, ancaq ABŞ dollarına bağlı istiqraz kimi strukturlaşdırılıb, bu da xarici investorları cəlb etməyi sadələşdirir.
İstiqrazların yerləşdirilməsindən cəlb olunan vəsait Azərbaycanda qadın sahibkarlığının və kənd təsərrüfatı sənayesinin inkişafının maliyyələşdirilməsinə yönəldiləcək.
İstiqrazların dövriyyə müddəti - 3 il, kupon dərəcəsi - illik 6,5%-dir. İstiqrazların buraxılışının təşkilatçısı “Merrill Lynch İnternational” olub, istiqrazları bir Avropa investoru əldə edib.
AiB üçün bu, Azərbaycanın milli valyutasında üçüncü istiqrazdır. 2023-cü ilin yanvarında AiB bu yolla 8,4 milyon manat (təxminən $4,9 milyon), noyabrda isə 14,5 milyon manat ($8,52 milyon) cəlb edib.
Azərbaycan 1999-cu ildən AİB-nin üzvüdür. Əməkdaşlıq dövründə bank ölkəyə $5,2 milyarddan artıq məbləğdə kredit və qrant ayırıb. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət