Ermənistanın mövcud müstəqillik bəyannaməsinin saxlanması Azərbaycanla yeni müharibəyə səbəb olacaq. Ermənistanın baş naziri Nikol Paşinyan belə hesab edir.
"Bizim dövlət siyasətimiz 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR və Qarabağın birləşməsi haqqında" birgə qərarından irəli gəlməlidirmi? Əgər belədirsə, bu o deməkdir ki, biz heç vaxt sülhə nail olmayacağıq. Üstəlik, bu o deməkdir ki, indi müharibəmiz olacaq", - Paşinyan Ermənistan İctimai Radiosuna müsahibəsində bildirib.
Baş nazirin fikrincə, respublika Konstitusiyasının istinad etdiyi mövcud bəyannamə hazırda problemə çevrilib.
«Biz bəyannamə (müstəqillik haqqında - İF) ilə münasibətlərimizi tənzimləməliyik», - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, mövcud müstəqillik Bəyannaməsi şəraitində Ermənistan iqtisadiyyatının, ordusunun güclənməsi «elan edir ki, biz bəyannaməmizin müddəalarının həyata keçirilməsi yolunda gedirik».
«Bu o deməkdir ki, qonşularımız bizi məhv etmək üçün ittifaq quracaqlar», - Ermənistanın baş naziri bəyan edib.
O qeyd edib ki, məsələnin əksinə başa düşülməsi «silahların alınması və ixracı zamanı bizi problemlərdən sığortalayır, çünki aydın olur ki, biz hücum üçün deyil, öz ərazimizi qorumaq üçün silah alırıq».
"Məsələyə yalnız Azərbaycan və Türkiyə ilə münasibətlərin məntiqində baxmaq olmaz. Gürcüstan və İran bu məsələ ilə bağlı nə düşünürlər?", - Paşinyan bildirib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət