2024-cü ilin yamvar ayında Çindən Azərbaycana Orta dəhlizlə (Middle Corridor) dəmir yolu ilə tranzit yüklərin daşınmasının həcmi 615 min ton təşkil edib, bu da son 10 il ərzində ən yüksək göstəricidir. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) məlumatında deyilir.
“Cari ilin yanvar ayından Çinin Sian vilayətindən Azərbaycanistiqamətində 3-ü tranzit, 7-si idxal yükü olmaqla 10 konteyner blok qatar yola salınıb. Yanvar ayında 615 min ton tranzit yükü daşınıb (2023-cü ilin göstəricisindən 11,6% çox - İF), bu, son 10 ilin ən yüksək göstəricisidir”, - ADY qeyd edir.
Cəmiyyətin məlumatına görə, tranzit rejimində göndərilən blok qatarlardan biri Çin–Qazaxıstan sərhədindən yola düşdükdən 10 gün sonra Gürcüstan limanlarına çatdırılıb.
“Tranzit yüklər, əsasən, texniki avadınlıqlardan ibarət olub və gəmilərdən birbaşa ADY qatarlarına boşaldılaraq Gürcüstanın Qara dəniz liman şəhəri Potiyə yola salınıb”, - məlumatda deyilir.
İdxal yüklərin Çin–Qazaxıstan sərhədindən hərəkətə başladıqdan sonra multimodal daşınma vaxtı isə 8 gün təşkil edib. Yüklər gəmilərdən birbaşa ADY-nin blok qatarlarına yüklənərək aidiyyəti təyinat məntəqələrinə çatdırılıb.
“Hazırda 4-ü idxal, 2-si tranzit olmaqla daha 6 konteyner blok qatar Çindən Azərbaycan istiqamətində hərəkət edir. İdxal yüklərin eyni qaydada 8, tranzit yüklərin isə 10 gün ərzində aidiyyəti təyinat məntəqələrinə çatdırılması planlaşdırılır”, - ADY-dən vurğulanır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət