Dövlət Su Ehtiyatları Agentliyi Yevlax şəhərinin içməli və tullantı su infrastrukturlarının yenidən qurulması layihəsi üzrə işləri 2025-ci ilədək davam etdirəcək. Bu barədə Agentliyin məlumatında deyilir.
“Yevlax şəhərində Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan layihənin birinci mərhələsində şəhəri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün müasir sutəmizləyici qurğu inşa edilib, şəhər ərazisində içməli su şəbəkəsinin yenidən qurulmasına başlanılıb. Yevlax şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Kür çayının sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan qumsüzgəc texnologiyalı sutəmizləyici qurğular kompleksi inşa edilib. Kompleksdə nasos stansiyası, 5 ədəd radial sudurulducu, 16 ədəd qumsüzgəci tikilib”, - məlumatda deyilir.
Agentlikdən bildirilir ki, layihənin ilkin mərhələsində ümumi həcmi 2500 kubmetr olan 2 içməli anbarının və 2,6 km magistral su kəmərinin inşası başa çatdırılıb.
“2023-cü ildə Yevlax şəhərinin yeni içməli su şəbəkəsinin də tikintisinə başlanılıb. Ötən müddətdə 28 km paylayıcı şəbəkə inşa edilib. Yeni şəbəkədən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb. Şəhərin içməli və tullantı su şəbəkələrinin tamamilə yenidən qurulması layihənin növbəti mərhələlərində həyata keçiriləcək”, - məlumatda deyilir.
Ümumilikdə layihə çərçivəsində Yevlax şəhərində 135 km içməli, 115 km uzunluğunda tullantı su şəbəkəsi yaradılacaq.Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 12500 kubmetr olan tullantı sutəmizləyici qurğunin inşası da nəzərdə tutulur.
Layihənin icrasından 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 70 min nəfər sakin faydalanacaq.
Yevlax şəhərində mövcud olan içməli və tullantı su təchizatı sistemləri 1950-1970-ci illərdə yaradılıb. Mövcud içməli su şəbəkəsi şəhərin 60%-ni, tullantı su şəbəkəsi isə cəmi 20%-ni əhatə etməklə istismara yararsız vəziyyətə düşüb. **
N.Abbasova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət