Ermənistan hakimiyyəti Azərbaycana qarşı ərazi iddialarından əl çəkdiyini təsdiq etmək üçün heç bir real addım atmır. Bunu “Azadlıq” radiosuna müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
“Ermənistan və Azərbaycan artıq yetərincə yetkin dövlətlərdir, öz aralarında qalmış problemləri özləri həll etmək iqtidarındadır və bu istiqamətdə işlər tam sürətlə davam edir”, - deyə E.Əmirbəyov vurğulayıb.
O, Avropa diplomatiyasının başçısı Cozep Borrelin Azərbaycanın Ermənistana qarşı ərazi iddialarını ehtiva edən və Bakını İrəvanla substantiv danışıqlara çağıran bu yaxınlardakı bəyanatını “tamamilə cəfəng” adlandırıb.
“Ermənistana guya ərazi iddialarımızla bağlı Azərbaycana qarşı irəli sürülən ittihamlar ağrımayan başa dəsmal bağlamaq kimi uğursuz və faydasız cəhddən başqa bir şey deyil. Ermənistanın indiki Konstitusiyasına və onun qondarma “Ermənistan SSR-nin Dağlıq Qarabağla yenidən birləşdirilməsi” haqqında özbaşına və tamamilə qeyri-qanuni qərarı təsbit edən bu ölkənin müstəqillik bəyannaməsinə dair istinadlara baxmaq kifayətdir”, - deyə o qeyd edib.
Prezidentin nümayəndəsinin sözlərinə görə, bu cür konkret faktlar çoxdur. “Ən azı Ermənistanın MDB-yə üzvlüyünün ratifikasiyası prosesində bu ölkənin parlamentinin qəbul etdiyi qərarları, Qarabağın Azərbaycana məxsus olmasını şübhə altına alan və ya 44 günlük müharibə bitdikdən sonra Ermənistanın Azərbaycana qarşı başlatdığı çoxsaylı məhkəmə iddialarını, ölkəmizə qarşı açıq ərazi iddiaları olan sənədləri göstərmək olar. Hələ mən Azərbaycanın Qarabağ bölgəsini tarixi Ermənistanın tərkib hissəsi kimi təqdim etməkdə davam edən Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytından danışmıram”, - deyə E.Əmirbəyov vurğulayıb.
O əlavə edib ki, Bakı “yuxarıda qeyd etdiyimiz bütün narahatlıqlarımızı erməni tərəfinin diqqətinə dəfələrlə çatdırıb, lakin təəssüf ki, hələ də onların aradan qaldırılması üçün qarşı tərəfdən konkret addımlar atılmayıb”.
“Ölkəmizə qarşı ərazi iddialarının qalması ilə paralel olaraq, Azərbaycandan gələn təhlükə barədə cəfəng şayiələrin qəsdən yayılması təkcə hiyləgərlik deyil, həm də sonu görünməyən bir yoldur”, - deyə prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib.*
R.Əhmədov
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
30-dan çox şirkətin iştirakı ilə “Yelo Career Festival” keçirildi
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət