2024-cü ilin yanvar ayında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $701 milyon 861,2 min təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 51,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi $2 milyard 986 milyon 92,46 min (2023-cü ilin yanvar ayı ilə müqayisədə azalma 9,2% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $1 milyard 843 milyon 976,83 min (azalma 1,8%), idxalın həcmi $1 milyard 142 milyon 115,63 min (azalma 19,2%) təşkil edib.
İxracın strukturunda əsas həcm (87,96%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 15,88% ərzaq məhsullarının, 0,73% tütün və tütün məhsullarının, 3,98% əczaçılıq məhsullarının, 0,38% gübrələrin, 3,21% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,45% oduncaq və ondan hazırlanan məmulatların, 1,72% geyim və geyim aksessuarlarının, 7,84% qara metallar və onlardan hazırlanan məmulatların, 20,25% maşın, mexanizm, elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 14,85% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,89% mebelin, 27,82% digər məhsulların payına düşüb.
Xarici ticarət əməliyyatlarında 4,371 min özəl və dövlət müəssisəsi və 6,228 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 131 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 25,53%-i), Türkiyə (16.54%), İsrail (4,13%), Yunanıstan (4,02%), İsrail (16,22%), Rusiya (4,1%), Tayland (6,25%), Portuqaliya (2476%), Hindistan (4,32%), Gürcüstan (3,54%), Tunis (4,2%) və Bolqarıstan (3,18%) ilə,əsas idxal əməliyyatlarını isə Rusiya (16,57%), Çin (19,07%), Türkiyə (14,93%), Almaniya (5,04%), ABŞ (3,14%), Türkmənistan (2,6%), İtaliya (2,53%), İran (3,27%), Belarus (4,2%) və Ukrayna (2,44%) ilə həyata keçirib.
2023-cü ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $16 milyard 613 milyon 210,17 min təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 29,6% azdır. **
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət