2023-cü ilin yekunları üzrə Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 35,3% azalaraq 21,4 milyard avro təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ Statistika İdarəsinin (Avrostat) məlumatına istinadən xəbər verir.
2023-cü ildə ticarət dövriyyəsinin azalması 2022-ci ilə nisbətən neft və qaz qiymətlərinin daha aşağı olması ilə əlaqədardır ki, bu da ticarət dövriyyəsinin əsasını təşkil edir.
Statistik məlumatlara görə, 2023-cü ilin birinci rübündə xarici ticarətin həcmi 5,9 milyard avro (ildən ilə azalma 3,4%), II rübdə 5,5 milyard avro (azalma 28,3%), III rübdə 5 milyard avro (azalma 2,1 dəfə), IV rübdə 5 milyard avro (azalma 43,7%) təşkil edib.
2023-cü ilin yekunları üzrə Aİ ölkələri arasında Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya (12,3 milyard avro, azalma 40,3%), Yunanıstan (1,32 milyard avro, azalma 45,1%), Çexiya (1,4 milyard avro, azalma 4,3%), Almaniya (1,36 milyard avro, azalma 37,8%) və İspaniya (0,9 milyard avro, azalma 36,2%) olub.
2023-cü ildə Azərbaycandan Aİ ölkələrinə ixrac 19,1 milyard avro (azalma 38,6%), o cümlədən I rübdə 5,3 milyard avro (azalma 8,2%), II rübdə 4,9 milyard avro (azalma 1,5 dəfə), III rübdə 4,4 milyard avro (azalma 2,2 dəfə), IV rübdə 4,5 milyard avro (azalma 45,7%) təşkil edib.
2023-cü ildə Aİ ölkələrindən Azərbaycana idxal 2,3 milyard avro (artım 14,4%), o cümlədən I rübdə 0,6 milyard avro (artım 1,7 dəfə), II rübdə 0,6 milyard avro (artım 30,9%), III rübdə 0,6 milyard avro (artım 11,3%), IV rübdə 0,58 milyard avro təşkil edib.
Beləliklə, 2023-cü ildə Aİ ölkələri ilə idxal-ixrac münasibətlərində Azərbaycanın müsbət saldosu 16,8 milyard avro (azalma 42,3%) təşkil edib. **
R.Kərimov
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət